Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi
    • 29-01-2021, 13:14
    • 514

Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

News24.az xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. İş adamı barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub. /Qafqazinfo.az/