Qurban Məmmədov barəsində cinayət işi başlandı
    • 8-09-2020, 11:28
    • 717

Qurban Məmmədov barəsində cinayət işi başlandı

Hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycanda cinayət işi başlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Q. Məmmədov Cinayət Məcəlləsinin 220-ci (kütləvi ixtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

Nəsimi rayon Məhkəməsində bu gün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa veriləcəyi gözlənilir.