-
- 20-10-2018, 14:58
- 883
Alimlər uzunömürlülük vitaminlərini elan etdilər
Amerikalı alimlərin yeni elmi təcrübəsində artıq tam əminliklə insan ömrünü uzadan vitamin və mineral kombinasiyaları dəqiqləşdirilib.
Oklend Uşaq institutunun baş elmi işçisi Bryus Eyms bir çox laboratoriyalarda aparılan tədqiqatların və öz araşdırmalarının nəticələrini toplayıb.
Elmi məqalədə o, vitamin və proteinləri yaşamaq üçün lazımlı və uzun ömür üçün gərəkli olmaqla 2 hissəyə bölür.
O, hesab edir ki, orqanizmə lazımi qədər vitamin, mineral daxil olmayanda orqanuzm yaşamaq üçün proteinlərin istehsalına başlayır ki, insanın gündəlik həyat-fəaliyyətində rol oynayan orqanlar çalışsın. Bu metodla yaşamaq tezliklə həmin insanı xəstəliklərlə üz-üzə qoyur.
Uzunömürlülük vitaminləri isə - K vitamini, D vitamini, Omeqa 3, maqniy, selendir. Onlar DNK-nı bərpa edə bilir və hüceyrələri turş mühitdən qoruyur.
Doktor Eyms əmindir ki, 30 məşhur vitamin və mineralın kombinasiyanı müəyyən dozada müntəzəm qəbul etməklə, insan ömrünü keyfiyyətli və uzun etmək olar.
O, uzunömürlülük vitaminləri siyahısına taurin, erqotionein, lütein, likopen, beta karotin, astaksantin kimi 11 birləşməni də aid edir.
Əvvəlki elmi araşdırmasında o K vitamini defisitinin insanda ürək-damar problemi yaratdığını sübut etmişdi. Bu vitamin qanın qatılaşmaması üçün vacibdir. Əgər o çatışmırsa, orqanizmdə damarları təmizləyən ferment ifraz olunmur.
Doktor Eymsin gəldiyi nəticələri əsas tutsaq, o zaman yuxarıda qeyd olunan vitaminlərin defisit olub-olmamasını analizlərlə yoxlayıb, onları artırmaq üçün həkim məsləhəti ilə vitamin qəbulu və yaxşı, balanslaşdırılmış qidalanmaq lazımdır.
//medicina.az