Soyuq havalarda D vitamini çatışmazlığı –FƏSADLARI
    • 17-09-2019, 00:06
    • 1 256

Soyuq havalarda D vitamini çatışmazlığı –FƏSADLARI

D vitamini orqanizmin insulinə müqavimətini azalda bilər.
News24.az xəbər verir ki, Loyola Universitetinin alimləri ilin soyuq aylarında D vitaminin əhəmiyyətini bir daha təsdiq ediblər. Qış aylarında günlər qısalır və insanlar vaxtlarını daha çox qapalı yerlərdə keçirirlər. Bu vaxt D vitamini köməyə gəlir.
Lakin D vitaminin səviyyəsinin artması üçün təkcə qidalanma kifayət deyildir. O, orqanizmə qida məhsulları ilə birlikdə Günəş şüalarının təsiri altında və vitamin kompleksləri ilə düşməlidir. Qanda D vitamininin səviyyəsi bir milli litrə 30-60 nanoqram olmalıdır.
Alimlər D vitamininin qanda şəkərin səviyyəsinə də təsirini öyrəniblər. Depressiya insulin çatışmazlığı üzündən əmələ gəlir, deməli, diabet depressiyanın əmələ gəlməsinə səbəb ola bilər. Qadınlar depressiyalara daha meyillidirlər və qanda şəkərin səviyyəsinə yaxşı nəzarət edə bilmirlər.