-
- 1-02-2021, 11:58
- 584
Aygün Kazımova intihara CƏHD EDİB - VİDEO
"Sevdiyim şəxs mənə xəyanət edib və onu da bağışlamamışam. Bunu da hər kəs bilir. Bu hal həyatımda bir dəfə yaşanıb. İnam itir, o sənin sədaqətinə xəyanət edir, artıq sədaqət yoxdur. Söhbət iki nəfərdən ibarət, illərdir ailə kimi olduğun münasibətdəki xəyanətdən gedir. Elə bir hal oldu və xoşbəxtəm ki, bağışlamadım. Kişi qadınına xəyanət edirsə, bacarır bildirməsin. Bildirirsən və onu haqsız çıxarırsan. Hardadı ədalət, vicdan?".
News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan "ATV maqazin onlarla" verilişində deyib. Müğənni söhbət əsnasında intihara cəhd etdiyini də etiraf edib: "Möcüzəvi bir şəkildə xilas olundum. Bu barədə danışmaq istəmirəm, amma həyatımda bu olub".
Aygün Kazımova həmkarları Faiq Ağayev və Zülfiyyə Xanbabayevadan danışıb: "Onların hər ikisi mənim üçün çox dəyərli və özəldir. Hər biri ilə eyni vaxtda yaradıcılığa başlamışıq. Faiqlə daha çox küsüb-barışmışıq. Bütün incikliklərimiz də səhnədə baş verib. Zülfiyyə ilə də aramızda inciklik olub. O da uman yerdən küsərlər. Amma yenə də dediyim kimi onların hər biri mənim doğmalarımdır".
Aygün Kazımova Namiq Qaraçuxurlu ilə görüşmədiyini də deyib: "Bizim yollarımız kəsişmir. Görüşəndə də sivil insanlar kimi salamlaşırıq. Səhnədə səhnəarxası işimiz də normal gedir.
Xalq artisti "Qarşıda Namiq Qaraçuxurlu ilə yeni layihə ola bilərmi?" sualına isə "Yüz faiz nəsə deyə bilmirəm. Birdən deyərəm, sonra edə bilmərəm. Yalançı adamlardan xoşum gəlmir və yalan danışanları da xoşlamıram" - deyə, qeyd edib.
Aygün Kazımova Röya Ayxanla küsülü olub-olmadığına da aydınlıq gətirib: "Küsülülük hissləri duymuram. Haradan götürmüsüz ki, biz küsülüyük? Elə hisslər yaşamıram. Bəlkə, Röya məndən küsüb, uman yerdən küsərlər. Başqa cür küsməyə haqqı yoxdur. Çünki, ondan böyüyəm".
Müğənni küsülü olduğu Xalq artisti Brilliant Dadaşovadan da söhbət açıb: "Onu necə elan edirlər? Səhnəmizin Brilliantı... Yaşanan o xoş anlarda qalmaq istəyirəm. Ondan sonra olanları yaddaşımdan silmişəm. Qoy mənim xatirəmdə o, gözəl qalsın. O gözəl an ki, onda biz mehriban idik: Zülfiyyə Xanbabayeva, mən və Brilliant. Vaqif Gərayzadə istədi bizdən "trio" qrupu yaratsın, alınmadı. Hər adam bədii rəhbər ola bilmir, ona görə. Yenə o bağ olaydı... Gözəl söhbətlər edərdik... Bir bağçada oturardıq... Bir-birimiz haqqında gözəl müsahibələr verərdik".
Sevda Bayramova