Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozdu
    • 2-02-2021, 09:52
    • 562

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 


Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən xəbərə görə, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.