Mikayıl Cabbarov müharibədə iştirak edən nazirliyin əməkdaşları ilə görüşdü - VİDEO
    • 2-02-2021, 13:35
    • 533

Mikayıl Cabbarov müharibədə iştirak edən nazirliyin əməkdaşları ilə görüşdü - VİDEO

İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə bu gün görüşüb.

News24.az xəbər verir ki, bu barədə M.Cabbarov özünün “Tvitter”dəki hesabında qeyd edib.

O bildirib ki, Ali Baş Komandanın qətiyyəti, müzəffər Ordumuzun şücaəti ilə Azərbaycan böyük zəfər qazanıb: “Haqq savaşımızda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı da var. Bu gün qəhrəmanlarımızla görüşdük”.