Səhiyyə Nazirliyindən səsyazısı ilə bağlı vətəndaşlara müraciət
    • 2-02-2021, 16:54
    • 563

Səhiyyə Nazirliyindən səsyazısı ilə bağlı vətəndaşlara müraciət

“Sosial şəbəkələrdə yayılan “COVID-19” virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir”.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib: 

“Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq”.