Bakıda bu marşrut xəttinə yeni avtobuslar verildi - VİDEO
    • 2-02-2021, 17:02
    • 1 083

Bakıda bu marşrut xəttinə yeni avtobuslar verildi - VİDEO

Bakıda 217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildiirlib ki, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı marşrut xəttinin daimi istifadəçiləri olan Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə “Koroğlu” NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xətti ilə bağlı da dəyişiklik edilib. Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olub.