ÜST-dən xəbərdarlıq: Yoluxmanın azalmasına baxmayaraq ÖLÜM SAYI YÜKSƏLİR
    • 3-02-2021, 11:32
    • 390

ÜST-dən xəbərdarlıq: Yoluxmanın azalmasına baxmayaraq ÖLÜM SAYI YÜKSƏLİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölənlərin sayında rekord artım olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, bir həftə ərzində dünyada COVID-19-dan 96 364 ölüm qeydə alınıb. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Eyni zamanda, COVID-19-a yoluxma ardıcıl üçüncü həftədir ki, azalır. Keçən həftə təxminən 3,7 milyon yeni yoluxma aşkar edildi, bu da əvvəlki yeddi günə nisbətən 13 faiz azdır.