Ağdaşda avtomobillər toqquşub, ölən var
    • 3-02-2021, 11:51
    • 422

Ağdaşda avtomobillər toqquşub, ölən var

Ağdaş rayonunda yol qəzası baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də saat 15 radələrində rayonun Əmrah kəndi ərazisində Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurub. Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.