-
- 13-07-2018, 11:08
- 1 345
Son beş ildə əcnəbilərə 27 uşaq verilib
Son beş ildə Azərbaycanda əcnəbilərin övladlığa götürdüyü uşaqların sayı açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sektor müdiri Vəfa Ələkbərova bildirib ki, 2014-2018-ci il üzrə 27 uşaq ölkələrarası övladlığa götürülüb.
Vəfa Ələkbərova qeyd edib ki, Komitəyə müraciət edən, övladlığa uşaq götürmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər müxtəlif ölkələrdəndir:
“Uşaqlar ABŞ, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və sairə ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülüb”.
// Oxu.az