“Azərpoçt”un baş direktor müavini işdən çıxıb
    • 3-02-2021, 17:08
    • 656

“Azərpoçt”un baş direktor müavini işdən çıxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev işdən çıxıb.

News24.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, E.Verdiyev “Azərpoçt”da 6 ildir ki, işləyir. O, 2015-2020-ci illərdə şirkətin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi işləyib, ötən il martın 3-dən isə baş direktorun müavini vəzifəsinə təyin edilib.