-
- 3-02-2021, 17:50
- 582
"Təkcə mayda ölkədə 1501 boşanma halı rəsmiləşib”
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.
News24.az xəbər verir ki, tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınması vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Vitse-spiker COVID-19 pandemiyası ucbatından ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin təkcə may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.
Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanmasını önə çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür. Mediasiya çərçivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar.