-
- 20-04-2019, 14:30
- 1 346
Erkən nikahların qarşısının alınması ilə bağlı addımlar atılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyəti ilə birgə 19 aprel 2019-cu il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Bələdiyyə binasında erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirib.
News24.az xəbər verir ki, tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi, hüquq mühafizə və səhiyyə işçiləri və digər aidiyyəti şəxslər iştirak edib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı rayon “Cümə” məscidinin axundu Məftun Hüseynov, Böyük Xocavar kənd tam orta məktəbinin Valideyin Komitəsinin sərdi Dövlət Bayramov, Ağsaqqallar Şurasının sədri Əliəşrəf Niftiyev, RİHN-nın Hişdərə kənd İƏD-si üzrə nümayəndəsi Qumru Cəfərova, Mahmudavar kənd orta məktəbinin direktoru Kinəxanım Əliyeva, Masallı YAP qadınlar Şurasının müavini Əntiqə Tağıyeva, Mollaoba kənd Dini İcma Sədri Salman Həsənov çıxış edib.
Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, boşanma və aliment məsələləri, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.
Tədbirdə erkən nikahlara həsr olunmuş video-çarx nümayiş etdirilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.