Prezident bu ərazini məmurlardan XİLAS ETDİ - VİDEO
    • 3-02-2021, 19:13
    • 573

Prezident bu ərazini məmurlardan XİLAS ETDİ - VİDEO

Yasamalda rayonunda yeni salınan meşə tipli park 4 hektar ərazini əhatə edir və hər yeri də yaşıllıqlar bürüyüb. Vaxtilə bu ərazi bəzi şəxslər tərəfindən zəbt olunub və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra proses dayandırıldı və torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Parkda sakinlərin istirahəti üçün bütün şərait var. Burda uşaqlar üçün əyləncə zonası, kafe və idman alətləri də yerləşdirilib.

Qeyd edək ki, meşə tipli parkın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. 

News24.az olaraq yeni salınan Meşə Parkından videoreportaj hazırladıq:

Sevda Bayramova
VİDEO: Fərid Şabanov
FOTO: Ülvi İsmayıl