-
- 24-08-2018, 14:11
- 2 007
Prezident və birinci xanım "Sevirəm" parkının açılışında
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.
İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.
Qeyd edildi ki, idman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir.
Yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.
//AZƏRTAC