“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər - VİDEO
    • 5-02-2021, 17:32
    • 820

“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər - VİDEO

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.