"İnstagram" bu ölkələrdə ÇÖKDÜ
    • 9-02-2021, 10:49
    • 527

"İnstagram" bu ölkələrdə ÇÖKDÜ

Bəzi ölkələrdə "İnstagram" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. 

News24.az xəbər verir ki, bu barədə internet resursların fəaliyyətini müşahidə edən işini izləyən "Downdetector" xidmətinin məlumat yayıb. 

Problemlər ən çox ABŞ, Kanadada, müəyyən qədəri isə Almaniya, Hollandiya, İngiltərə və bir sıra digər Avropa ölkələrində hiss olunur.

Xidmətə görə, şikayətlərin əsas hissəsi (təxminən 62 faiz) xəbər lentindəki problemlərlə əlaqədardır. Şikayətçilərin 20 faizi yeni paylaşım edə bilmir. 17 faiz istifadəçi isə hekayələrə baxmaqda çətinlik çəkir.