Şəhid və qazi ailəsinin 23 üzvü işə qəbul olundu
    • 10-02-2021, 15:21
    • 581

Şəhid və qazi ailəsinin 23 üzvü işə qəbul olundu

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.

Təhil Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyə şəhid və qazi ailəsi üzvləri tərəfindən işə qəbulla əlaqədar 56 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 23 müraciət müsbət həllini tapıb.