"Son yolculuq..." - İBRAHİM BORÇALI VƏFAT EDƏN OĞLUNDAN YAZDI
    • 11-02-2021, 12:21
    • 689

"Son yolculuq..." - İBRAHİM BORÇALI VƏFAT EDƏN OĞLUNDAN YAZDI

Müğənni İbrahim Borçalı ötən ilin iyul ayında avtomobil qəzasında öz həyatını itirən oğlu Rəhimlə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, bu hadisədən sonra hələ də özünə gələ bilməyən İbrahim Borçalı, oğlu Rəhimin və həyat yoldaşı Zöhrə Həsənovanın yer aldığı foto yayımlayıb. O, şəkilə "Son yolculuq..." şərhini yazıb.

Həyat yoldaşı Zöhrə isə fotoya "Yenə o gün olmağı üçün bütün həyatımı verərdim" rəyini qeyd edib.

Sevda Bayramova