-
- 11-02-2021, 18:51
- 580
Abşeronda bağçaların açılması ilə əlaqədar hazırlıq işləri görülür - FOTOLAR
Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması üçün lazimi hazırlıq işləri görülür.
Bu barədə News24.az-a Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib. O bildirib ki, fevralın 15-dən uşaq bağçalarının açılması nəzərdə tutulur.
Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrində müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya və deratizasiya işləri aparılıb.
Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəxləri və digər otaqları təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Bundan əlavə, bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub.
Bağçaların istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.