-
- 12-02-2021, 18:25
- 1 539
Elman Nəsirov 3 yaşına kimi uşaqlara ödəniş edilməsini TƏKLİF ETDİ
Millət vəkili Elman Nəsirov bu gün “uşaq pulu” barədə parlamentdə çıxış edib.
O, təklifi barəsində News24.az-a ətraflı danışıb.
Elman Nəsirov deyib ki, xalq arasında “uşaq pulu” kimi tanınan məsələ bu gün də aktualdır: "Bu məsələ hökumətdə və parlamentdə müzakirə olunub. Ancaq hesab edirəm ki, son nöqtə qoyulmayıb. Bu məsələlərlə bağlı 2 il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də parlamentdə çıxış elədi. O, çıxışında qeyd etdi ki, bu gün Azərbaycanda iki milyon yeddi yüz min 18 yaşına çatmış uşaq var. Həmçinin, əlavə etdi ki, sovet dövründə uşaq pulu verilirdi və həmin məbləği bugünkü qiymətlərlə müqayisə etdikdə, bu, 2 manata bərabərdir. Mətbuatda 2000-ci il yazılıb, bu, yanlışdır. 2006-cı ildən həmin o uşaq pulunun verilməsi dayandırıldı. Səbəb isə o oldu ki, məbləğ çox aşağıdır. Həm də konkretlik və ünvanlılıq yoxdur. Yanaşma elə oldu ki, sosial ədalət prinsipindən çıxış edərək, daha çox ehtiyacı olan uşaqlara bu pul verilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən, uşaqlı ailələrə 14 növ müavinət verilir. Xüsusilə, sağlamlığında qüsur olan uşaqlara hər ay 200 manat ödəniş edilir. Eyni zamanda nazirin 2 il öncə parlamentdəki çıxışında qeyd olundu ki, hazırda 600 minə qədər uşağa belə sosial müavinətlər ödənilməkdədir. Nazir qeyd elədi ki, “ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrdə doğulan uşaqlar bir yaşına qədər 55 manat müavinət alır. 2019-cu ilin rəqəmlərinə baxsaq, görərik ki, 280 min manat ünvanlı dövlət sosial yardımını alanlar var. Onların böyük əksəriyyətini uşaqlar təşkil edir. Ancaq bütün bunlara baxmayaraq, hələ də bu problem həllini tapmayıb. Biz çoxsaylı şikayətlər alırıq”.
Deputat vurğulayıb ki, 18 yaşına qədər uşaqlara bu pulun ödənilməsi asan deyil: “Bütün bu nüansları nəzərə alıb, parlamentdə bu gün məlum mövzuya toxundum. Çıxışımın da əsas qayəsi o oldu ki, bu məsələləri parlament səviyyəsində araşdıraq və cəmiyyətə dolğun, dəqiq, dürüst və əhatəli məlumat verək. Təklif etdim ki, parlamentdəki profil komitələrdən işçi qrup formalaşsın. Bu sahələr üzrə ekspertlər orada cəmləşsin. Təhlillər aparsınlar ki, bu gün Azərbaycan dövlətinin büdcəsindən uşaq pulu üçün nə qədər vəsaitin ayrılması mümkündür? Bugünkü Azərbaycan reallığında, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dönəmində ola bilsin ki, 18 yaşına qədər uşaqlara bu vəsaitin ödənilməsi mümkün deyil. Təklif etdim ki 3 yaşına qədər uşaqlara vəsait ödənilsin.
Bir araşdırmamız da var. 10 milyon əhalidən 3 yaşına qədər olan uşaqların sayı 4,4 faiz təşkil edir. Bu isə 440 min uşaq deməkdir. Zənnimcə, onlara ödənişi həyata keçirmək olar. İlkin hesablamalara görə, ayda 31 milyon, ildə isə 372 milyon manat olacaq. Nəzərə alsaq ki, Azərbaycanın 2021-ci ilə olan büdcə xərcləri 28, 5 milyard manatdır, bu nöqteyi-nəzərdən həmin xərclərin ödənilməsi büdcə üçün ciddi problemə çevrilməz. Bir çox hallarda radikal siyasi qruplaşmaların əlində bayraq etdikləri uşaq pulu məsələsi bununla da həllini tapmış olacaq. Məsələn, Özbəkistanda iki il ərzində pul verilir. Aya isə 80 dollar düşür. Rusiyada isə 1 il 6 ay ərzində hər ay 10,5 min rubl ödəniş olur. Latviyada 18 yaşına qədər ildə 14 dollardan belə ödənişlər var.
Bizim büdcəmizdə neftin 1 bareli 40 dollar götürülüb. İndi neftin 1 bareli 62 dollara qalxıb. Gəlirin müəyyən hissəsini uşaq puluna ayırmaq mümkündür. Uşaq pulu məsələsində 3 yaşa kimi ödənişləri etməkdə çətinlik çəkmərik”.
Məhərrəm Əliyev