Bakı sakininin evindən 3 kq narkotik götürüldü
    • 15-02-2021, 12:19
    • 468

Bakı sakininin evindən 3 kq narkotik götürüldü

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Həsənəlizadə Nizami rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 50 qrama yaxın heroin və 10 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun mənzilinə baxış zamanı oradan 1 kiloqram 395 qram heroin, 2 kiloqram 175 qram metamfetamin, 549 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart götürülüb.