Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı
    • 4-01-2021, 13:50
    • 561

Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı

Goranboyda qanunsuz ov edən şəxslər aşkarlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nə gətirilib.

RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini, Yusif Yusifovun da müvafiq sənədləri olmadan “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Hər iki faktla bağlı araşdırma davam edir.