Bakı sakinindən qanunsuz silah-sursat götürüldü
    • 16-02-2021, 10:25
    • 424

Bakı sakinindən qanunsuz silah-sursat götürüldü

Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyatı daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.