Ermənistana daha 106 MEYİT VERİLDİ
    • 16-02-2021, 22:10
    • 429

Ermənistana daha 106 MEYİT VERİLDİ

Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib.

News24.az xəbər verir ki, “Sputnik Armenia”yanın verdiyi məlumata görə, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.