Bu qadın evdən qızıl oğurladı
    • 17-02-2021, 14:42
    • 508

Bu qadın evdən qızıl oğurladı

Bərdə rayon sakini E.Vəliyevin evindən xeyli sayda qızıl-zinət əşyaları və 300 ABŞ dolları məbləğində pulu oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini S. Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.