-
- 22-10-2018, 16:30
- 2 086
İnsanlarda mutasiyaya uğramış 6 gen
Hər birimiz bəzən fantastik filmlərə baxaraq superqəhrəman olmaq barədə xəyallar qurmuşuq.
İnsan genetikasında dəyişiklər baş verən zaman, insanlar filmlərdəki kimi superqəhrəman ola bilər.
News24.az xəbər verir ki, genetiklər araşdırma apararaq mutasiyaya uğramış genlər aşkarlayıblar. Onlardan bəzilərini sizə təqdim edirik:
1. Sınmayan sümüklər
Sümük insan bədənində ən möhkəm birləşmə olsa da, sözsüz, zədələnə bilər. Əgər sizdə LRP-5 geni mutasiyaya uğramayıbsa.
LRP-5 sümüklərin sıxlığına cavabdeh gendir. Alimlər bildirib ki, adı çəkilən genin mutasiyası nəticəsində sümük kövrəkliyi baş verə bilər. Lakin, bu yaxınlarda onlar həmçinin aydınlaşdırdılar ki, genin mutasiyası əks təsir də göstərə bilər. Çində yaşayan bir ailəni müayinə edən zaman onlarda LRP-5 geninin mutasiyasını aşkar etdilər, hansı ki, onların sümüklərini praktiki olaraq sınmayan bir hala gətirib. Bu vaxtacan ailə üzvlərindən heç birinin əli, ayağı sınmayıb. Ümid edirik ki, nə vaxtsa alimlər bu genin mutasiyasını idarə edə biləcəklər və heç kim sümük sınması problemi ilə qarşılaşmayacaq.
2. Yüksək sürət
Sevməsək də, hamımız qaçmağı bacarırıq. Buna baxmayaraq, bəzi insanlar bunu daha yaxşı bacarır. Əlbəttə ki, bu məşqlərlə və steroidlərlə bağlı ola bilər, lakin, alimlər bunu genetika ilə bağlayırlar.
Məlum olub ki, insan bədənində ACTN3 adlı gen var. Bəzi insanlarda bu gen mutasiyaya uğrayaraq xüsusi maddə ifraz etməyə başlayır. Bu, alfa-aktinin maddəsidir ki, qaçan zaman hərəkət edən əzələlərə daha sürətlə işləməyə imkan verir. Maraqlısı budur ki, bu genin iki növü var. Sprinterlər arasında aparılan araşdırmalarda məlum olub ki bu genin hər iki növünə sahib olan idmançılar öz adi xromsomlu rəqiblərindən daha yaxşı nəticə əldə edirlər.
3. Zəhərə qarşı immunitet
Mövzu zəhər olarsa, insan bədəni çox tez təslim olur. Hətta bir damcı sianid kifayət edir. Əgər maddə təsadüfən və ya bilərəkdən insan bədəninə düşübsə, ondan artıq qurtulmaq mümkün deyil.
Buna baxmayaraq, Argentinanın San Antonio şəhərinin sakinləri 100 il ərzində tərkibində 80 dəfə normadan artıq arsen olan dağ suyunu içiblər. Nə qədər qəribə olsa da, sakinlərin heç biri zəhərlənməyib. Bütün bunlar mutasiyaya uğramış genə görədir. Onun adı AS3MT-dir. Bu genin sahibi istənilən miqdarda Arsen (siçan zəhəri) qəbul edə bilər və zəhərlənməz. Dünyada bu genə sahib insanların sayı 6000-dir.
4. Supergüc
Fantastık filmlərin ayrılmaz hissəsi superqəhrəmanlardır. Supergücə malik insan, istənilən ağırlıqda yükü qaldıra bilər.Bu hal real həyatda da nadir hallarda mümkün ola bilər. Belə ki, miostatin geninin mutasiyası ilə doğulan insanlar supergücə malik olurlar. Miostatin bədən əzələlərini idarə edən gendir və onlara nə qədər böyümək lazım olduğunu bildirir. Bu gen mutasiyaya uğrayanda isə əzələ inkişafı 2 dəfə artıq olur.
5. Ağrıya qarşı immunitet
Barmağınız əzilir, üzünüz kəsilir və bütün bu hallarda hiss etdiyimiz çox normaldır. Şirkətlər ağrıkəsici preparatlar hazırlamaq üçün milyonlarla pul xərcləyirlər, lakin, ağrının sirri elə bizim genlərimizdədir.
SCN11A geni hüceyrələrdə olan natriumun miqdarını tənzimləyir. Bu adi səslənə bilər, lakin, hüceyrələr ağrı siqnalını ötürmək üçün natriumdan istifadə edir. Əgər mutasiyaya uğrayan gen natriumun miqdarını aşağı salarsa, hüceyrələrdə kifayət qədər natrium olmaz və ağrı siqnalını ötürmək mümkün olmaz.Şəlalə Ağayeva