Kamran Əliyev Ərdoğanla görüşəcək
    • 17-02-2021, 15:28
    • 635

Kamran Əliyev Ərdoğanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-dən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankarada rəsmi səfərdədir.