-
- 17-02-2021, 16:12
- 457
Təhsil Şöbəsindən direktorun şagirdin hicabını açması xəbəri haqda açıqlama
Bir neçə gündür ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın hicab taxan bir neçə məktəbliyə qarşı kobud münasibət göstərməyi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, direktor şagirdlərin hicabını açıb və buna etiraz edən valideynlərə də təzyiq göstərilib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş vermiş hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək".
Məktəbin direktoru Taliyə Mirzəyeva da sözügedən məsələ ilə bağlı Yenicağ.az-a açıqlamasında hicablı şagirdə qarşı hər hansı təzyiq olmadığını bildirib. O qeyd edib ki, məktəbdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Lakin onların arasında nə başıbağlı şagird, nə də müəllim var: “Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu, çıxdı. Heç bir şiddət ola bilməz”.