-
- 18-02-2021, 12:08
- 463
DİN Arif Hacılı və digər 10 nəfəri cərimələdi
Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis bölməsinə çağırılması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.
DİN Mətbuat xidmətindən bildirilib ki, vətəndaş Arif Hacılı və onunla birgə bir neçə şəxs karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunublar: “Arif Hacılı və ya digər şəxslər saxlanılmayıb, heç bir polis bölməsinə də dəvət olunmayıb. Həmin şəxslərin karantin rejimi qaydasını pozaraq maskadan istifadə etmədikləri məlum olub.
Araşdırma nəticəsində 11 nəfər barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin protokollar polis əməkdaşları tərəfindən evlərində vətəndaşlara təqdim edilib”. /qafqazinfo.az/