Arif Hacılı sərbəst buraxıldı
    • 13-11-2019, 01:14
    • 1 202

Arif Hacılı sərbəst buraxıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
 
News24.az xəbər verir ki, bu barədə partiya sədri özü məlumat yayıb.
 
Qeyd edək ki, bu gün Arif Hacılı və bir neçə Müsavat fəalı saxlanılaraq 18-ci polis bölməsinə aparılmışdı.
 
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib. (Modern.az)