Prezident Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməklə bağlı sənədi TƏSDİQLƏDİ
    • 18-02-2021, 14:54
    • 565

Prezident Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməklə bağlı sənədi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.

News24.az xəbər verir ki, memoranduma əsasən Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılacaq.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Dövlət başçısının təsdiq etdiyi Qanun Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Belə ki, qanuna əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər.