Qazilərin müalicəsi üçün Türkiyə və İsraildən həkimlər dəvət olunacaq
    • 18-02-2021, 16:33
    • 530

Qazilərin müalicəsi üçün Türkiyə və İsraildən həkimlər dəvət olunacaq

“YAŞAT” Fondu tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimizin müalicəsi üçün Türkiyə və İsraildən həkimlər dəvət olunacaq. 

Fonddan News24.az-a verilən məlumata görə, dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilər müalicə üçün davamlı şəkildə xaricə göndərilir.