-
- 22-10-2018, 18:10
- 3 897
Roza Zərgərli Namiq və Pərvizi yıxıb-sürüdü - VİDEO
Müğənni Roza Zərgərli meyxanaçılar Namiq Qaraçuxurlu və Pərviz Bülbülə haqda sərt açıqlamalar edib.
News24.az xəbər verir ki, ifaçının aparıcısı olduğu "Bakı vaxtı ilə" verilişinin ötən buraxılışı meyxana ustadı Nizami Rəmziyə həsr olunub və qonaq olaraq da N.qaraçuxurlunu dəvət edilib. Lakin Namiq Qaraçuxurlu dəvəti qəbul etməyib:
“Kimsə öləndən sonra özünü onun davamçısı kimi təqdim edir. Əslində isə davamçı deyil. Ona çoxları qadağa qoyub. N.Qaraçuxurlu mənə şərt qoydu ki, əgər verilişdə başqa meyxanaçı varsa mən o efirə gəlməyəcəyəm.
Heç kim qonaq getdiyi evə şərt qoyub gedə bilməz. ancaq yuxusunda şərt qoya bilər”.
Verilişində Namiq Qaraçuxurlu haqda kəskin fikirlər söyləyən ifaçı sonradan həmin kadrları efirə verməyib:
“Kimsə özündən getməsin. Məni heç kim hədələyə bilməz. Nizami Rəmzi elə bir ustad olub ki, istəmədim ona həsr olunan veriliş ucuzlaşsın”.
R.Zərgərli sonra meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə haqda da danışıb. O, duet ortaqlarının "Canan" mahnısından çox pul qazandığını, lakin mahnının ilk ifaçısına kömək etmədiklərini bildirib:
“Siz heç bilirsiniz ki, “Canan” mahnısının ilk ifaçılarının biri dünyasını dəyişib, digəri isə sağdır? Həmin xanım küçədə dilənir və yaşayır. Heç olmazsa kömək edin Əzizə xanımı tapaq və qazandığınız puldan 3-5 manat ona kömək edək”.
//ATV maqazin 10larla