Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına BAŞLANILIR
    • 20-10-2020, 11:31
    • 829

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına BAŞLANILIR

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.