Samuxda karantin rejimini pozan çayxana aşkarland; - FOTO
    • 22-02-2021, 11:04
    • 391

Samuxda karantin rejimini pozan çayxana aşkarland; - FOTO

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Obyekt sahibi-Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.