35 yaşlı qadın özünü öldürmək istədi - ANBAAN VİDEO
    • 22-02-2021, 18:09
    • 327

35 yaşlı qadın özünü öldürmək istədi - ANBAAN VİDEO

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında gənc qadın intihara cəhd edib.

News24.az xəbər verir ki, bu gün yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub.

Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.