Avtobus dərəyə aşdı: XEYLİ SAYDA ADAM ÖLDÜ
    • 3-05-2024, 14:05
    • 266

Avtobus dərəyə aşdı: XEYLİ SAYDA ADAM ÖLDÜ

Pakistanda avtobusun dərəyə düşməsi nəticəsində azı 20 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.

Məlumata görə, mayın 3-də Pakistanın Çilas şəhərindən 20 kilometr aralıda Ravalpindidən Gilgitə gedən avtobus dərəyə çırpılıb.

Hadisənin başverməsinə səbəb sürücünün icazə verilən sürəti aşması olub.

Nəticədə 20 nəfər həlak olub, daha 20 nəfər yaralanıb, onlardan beşi ağır yaralanıb.

Hadisə yerinə yerli fövqəladə xidmətlər gəlib və ordu helikopterləri cəlb edilib. 

Bildirlir ki, hazırda xilasetmə işləri başa çatıb.

Mehriban Mirzəzadə