Eduard Məmmədov: Həbibin heç bir şansı yoxdur
    • 23-10-2018, 10:21
    • 1 011

Eduard Məmmədov: Həbibin heç bir şansı yoxdur

“Ağ Canavar” ləqəbli kikboksçumuz Eduard Məmmədov UFC döyüşçüsü Həbib Nurməhəmmədovla sabiq peşəkar boksçu Floyd Meyvezerarasında rinqdə görüşün olacağına inanmır.
O, bu barədə Oxu.Az-a açıqlamasında danışıb:
“Konor Makqreqorla Floyd Meyvezer arasında da döyüş olub, lakin, o, bir şou idi. Həbiblə Meyvezer arasında belə, şou xarakterli döyüşün olmasına inanmıram. Əgər döyüş olsa, kimin qalib gələcəyini düşünürəm? Əlbəttə ki, Meyvezerin. Həbibin rinqdə heç bir şansı yoxdur!”