Ermənistanda hərbi çevriliş gözlənilir? - Paşinyan meydanda  - CANLI YAYIM
    • 25-02-2021, 15:12
    • 701

Ermənistanda hərbi çevriliş gözlənilir? - Paşinyan meydanda - CANLI YAYIM

Ermənistan Baş naziri Nikol Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb.

Paşinyan mərkəzi küçədə gəzərək səs gücləndirici ilə tərəfdarları qarşısında çıxış edir.
“Birincisi, toqquşma təhlükəsi hər zaman var. Ancaq hamımız bunun Ermənistanda baş verməməli olduğu ilə razılaşmalıyıq. Ən əsası hamımızın sakit olmağımızdır. Ölkə içində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var”,- deyə Paşinyan qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin hazırda kimə tabe olduğu soruşulduqda, Paşinyan “Xalqa və Baş nazirə”,- deyə cavab verib.

“Başqa variant yoxdur” ,- deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, çevriliş təhlükəsi nəzarət altındadır.

“Düşünürəm ki, bu emosional bir reaksiyadır. Və qardaşlarımıza qarşı sərt davranmamalıyıq”,- deyə o qeyd edib.

**** 

"Bütün tərəfdarlarımızı hazırda Respublika Meydanına dəvət edirəm. Yaxın dəqiqələrdə efirdə bir açıqlama verəcəm".

Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə öz feysbuk hesabında məlumat verib. O, Silahlı Qüvvələri Baş Qərargahının bəyanatının hərbi çevriliş cəhdi olduğunu bildirib. 

Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir bəyanat yaymışdı. /Qafqazinfo/az/