-
- 25-02-2021, 16:34
- 1 845
Yeniyetməlik dövründə valideyn övladıyla necə davranmalıdır? - Psixoloq rəyi
Yeniyetməlik insan həyatının ən çətin və önəmli olan keçid dövrlərindən biridir. Bu dövr 11-12 yaşdan, 14-15 yaş aralığında olan müddəti əhatə edir. Lakin bu dövrün nə zaman başlayıb, nə zaman bitəcəyi haqqında dəqiq diaqnoz qoymaq olmaz. Müxtəlif amillərin təsir gücündən asılı olaraq bu keçid tez, yaxud gec başlaya, eyni ilə də tez, yaxud gec başa çata bilər.
Yeniyetməlik dövrü uşaq şəxsiyyətinin formalaşmasında, onun dinamikasında baş verən psixoloji xüsusiyyətlər ilə diqqəti daha çox cəlb edir. Bu dövrdə uşaqlar öz mənlərini önə çıxarması, aqressivləşmə, heç kimin fikri ilə razılaşmamaq, özünü daim haqlı hesab etmək kimi xüsusiyyətlərlə özlərini daha çox biruzə verirlər. Yeniyetmələrdə yaranan bu xüsusiyyətlər sözün həqiqi mənasında valideynlərdə dəhşətli bir hiss formalaşdırır.
Qarşılarında o balaca, hər dedikləri ilə razılaşan, asanlıqla yönləndirdikləri uşağın artıq onları dinləməməsi, öz fikirləri ilə hərəkət etmək istəməsi, valideynin dedikləri ilə razılaşmaması, aralarında olan ünsiyyətin çətinləşməsi yeniyetmə ilə valideyn arasında anlaşılmazlıqların başlanğıcını qoyur. Valideynlər və uşaqlar arasında daha böyük konfliktlər erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki, bu zaman valideyn övladının böyüməsindən xəbərsizdir. Yeniyetmə artıq öz mənini qabartmağa başlayıb və onu ətrafa daha bəlirgin göstərməyə çalışır. Bu dövrdə uşaqların şəxs kimi qəbul edilmək, söz haqqına sahib olmaq, inam, etibar, hörmət kimi münasibətlərə keçməyə təlabatları yaranır.
Uşaqla valideyn arasında münasibətlərin normal davam etməsi, heç bir konfliktlərin yaranmaması üçün valideyn öz övladının artıq yeniyetməlik dövrünə keçid etdiyindən xəbərdar olmalıdır. Ata və analar övladlarının yeniyetməlik dövrünə keçid etdiklərindən aşağıda sadaladığım əlamətlərə əsasən xəbərdar ola bilərlər:
Valideyn övlad arasında anlaşılmazlıqlar hər zaman olub və olmağa davam edir. Belə olan hallarda böyük vəzifə valideynin üzərinə düşür. Çünki, yeniyetməyə nisbətdə valideynin həyat təcrübəsi daha çoxdur. Anlaşılmazlıq, konflikt zamanı valideyn öz təmkinini qorumağı bacarmalı, övladına sakit formada öz narazılıqlarını başa salmalıdır. Ata və analar bilməlidir ki, övladından yüksək tərbiyyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə onlara nümunə olmalıdırlar. Bir ailədə ki, uşaq söz-söhbət, şiddət yaxud zorakılıqlarla böyüyürsə, əlbətdə ki, o ailədə böyüyən, formalaşan uşağın özünün dərin mənəvi, psixoloji travmaları yaranacaqdır.
Yeniyetmə psixologiyasına ən çox mənfi təsir edən amillərdən biri də, valideyn və müəllim tərəfindən tənqid olunmaqdır. Bu zaman müəllim və valideyn uşağın keçirdiyi dövrü nəzərə almalı, uşağı dəyişmək məqsədi ilə faydalı hesab etdiyi tənqidləri aradan qaldırmalıdır. Bu düşünülən kimi müsbət effekt verməyə bilər, əksinə uşaqlarda valideynə, müəllimə qarşı aqressiyanı artırır və nəticədə uzaqlaşma, yadlaşma kimi meyarları meydana gətirir. Belə olan hallarda ailədən qopan yeniyetmələr zərərli, neqativ vərdişlərə meyl edir, kənar, təhlükəli ola biləcək qruplara qoşulurlar. Bu cür neqativ halların artması nəticəsində hətta, bəzi yeniyetmələrdə güclü psixoloji pozuntular, özünə qapanma, ətraf aləmdən, sosial mühitdən təcrid olunma, bəzi hallarda depressiya kimi xəstəlikləri meydana gətirir. Hər bir halda çətin keçirilən bu yeniyetməlik dövründə, əlavə olaraq valideyn, müəllimlər hətta ətraf tərəfindən başa düşülməmək, qəbul edilməmək bəzi yeniyetmələrdə sonu bədbəxtlik, geri dönüşü olmayan yanlış qərarlar qəbul etməyə səbəb yarada bilir.
Yeniyetməlik dövründə nə uşaqlarda, nə də valideynlərdə hər hansı bir neqativliyin yaranmaması, bu dövrü rahat başa vurmaq üçün övladlarınıza, onlara güvəndiyinizi, inandığınızı, etibar etdiyinizi hiss etdirməlisiniz. Onlara öz dünyalarını kəşf etməkləri üçün imkan yaratmalısınız. Əksər valideynlər “bizim vaxtımızda belə deyildi, bu cür şeylər yox idi, biz döyülə-döyülə, söyülə-söyülə böyümüşük” kimi fikirlərlə övladlarına tənqid və təzyiq göstərməyə çalışırlar. Bu böyük fəsadlar doğura biləcək çox yanlış bir fikirdir. Hər dövrün, zamanın öz axarına uyğun yeniyetməsi, gənci olur. Əksər valideynlər bu məsələyə subyektiv baxır. Lakin bu mövzunu qətiyyən keçmiş dövrlə əlaqələndirmək, müqayisə etmək doğru olmaz.
Uşaqlar üçün ailə bir idealdır. Ata və ana onların bənzəmək istədikləri, gələcək modelləridir. Təssüf ki, bəzi ailələrdə valideynlər uşaqlarını düzgün bildikləri ancaq yanlış olan tərbiyyə üsulu ilə böyüdürlər. Əksər ailələrdə analar uşaqlarını ataları ilə qorxudurlar. Bu halda uşaqda ataya qarşı olan sevgi, məhəbbət, hörmət hissi, qorxu hissinə çevrilir. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilir.
Yeniyetməlik dövründə uşaqlarda psixoloji gərginliklərin, travmaların formalaşmaması üçün valideynlər övladlarını başa düşməyə çalışmalı, onları neqativ hadisələrdən, zərərli mühitdən qorumaq üçün sığınacaq məhz özləri olmalıdırlar. Bu dövrdə övladlarınızın yanında olmalı, birbaşa tənqiddən çəkinməli, onların maraq aləminə daxil olmalı, övladlarınızla dost olmağı bacarmalısınız. Belə olan halda artıq onları qorumaq düşündüyünüz qədər də çətin olmayaq.
Son olaraq önəmli olan məqamlardan biri kimi, yeniyetməlik dövründə uşaqlara yaş dövrü haqqında informasiyalar verməyə çalışmalıyıq. Həmçinin valideynlərdə bütün bunlar haqqında informasiyalar, yeni bilgilər əldə edərək öz düşüncələrini, təsəvvürlərini daha da genişləndirməlidirlər.
Uşaqlar bizim gələcəyimizdir. Övlad bu dünyada sahib oluna biləcək ən böyük xəzinədir. Onları heç vaxt yaşıdları ilə müqayisə etməyin, fikirlərinə önəm verin və onları olduqları kimi sevin.
Psixoloq
Vüsalə Salamova

- Bədəndə baş verən fizioloji dəyişkənliklər.
- Səsin qalınlaşması və ya dəyişməsi
- Uşağın öz xarici görünüşü ilə həddən artıq maraqlanması
- Qarşı cinsə qarşı meylin yaranması
- Geyimində, hərəkət və davranışlarında, danışıq tərzində dəyişkənliklərin baş verməsi
- Tənqidlərə, müdaxilələrə qarşı sərt, aqressiv reaksiyaların verilməsi
- Dost çevrəsinə və sosial mühitə qarşı sonsuz marağın yaranması