Əhəd Abıyev əməliyyat olundu
    • 23-10-2018, 11:49
    • 1 505

Əhəd Abıyev əməliyyat olundu

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb.  

"NEWS24.AZ" Unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub.

Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Ə. Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.

Məsələ ilə bağlı sayta açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib:

"Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır".