-
- 25-02-2021, 20:40
- 727
Paşinyanın Putinə növbəti zəngi - Bu səbəbə görə...
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
Zəng edən tərəfin Ermənistanın baş naziri olduğu bildirilir.
“Danışıqlar əsnasında Ermənistandakı siyasi vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı bütün tərəfləri səbrli olmağa çağırdı”, - deyə Peskov bildirib.