Füzuli hava limanı payızda istifadəyə veriləcək - PREZİDENT
    • 26-02-2021, 11:25
    • 443

Füzuli hava limanı payızda istifadəyə veriləcək - PREZİDENT

"Füzulidəki hava limanı yaxın zamanlarda istifadəyə veriləcək və beynəlxalq aeroport olacaq". 

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Prezident hava limanının payızın əvvəlində istifadəyə veriləcəyini bildirib:"Füzulidəki hava limanına gəldikdə isə artıq işlərə başlanılıb. Minalardan təmizlənmə ilə bağlı məsələləri dərhal həll etməyə başladıq, çünki ilk növbədə oradakı ərazilərin təmizlənməsi lazım idi. Bu proses artıq başa çatmaq üzrədir. Hava limanı bu il istifadəyə veriləcək. Uçuş xətti hər növ təyyarələri qəbul edə biləcək. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək. Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Bunun payızın əvvəlində olmasını istəyirik. Hər şey plana uyğun gedərsə, bu ilin payızının əvvəlində hava limanı artıq istifadəyə veriləcək". 

Dövlət başçısı onu da deyib ki, bundan əlavə Laçın və Zəngilanda da aeroport inşa ediləcək.