"Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur" -
    • 26-02-2021, 12:05
    • 339

"Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur" -

"Əlbəttə, biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu nümayiş etdirmək üçün mən sizi 10 noyabr bəyanatı ilə tanış olmağa dəvət edirəm. Buna mən, Ermənistanın baş naziri və Rusiya prezidenti imza atmışıq. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında xarici jurnalistin sualını cavablayarkən deyib. 

"Müharibənin ilk günündən mən hər müsahibəmdə və bəyanatımda vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı məmuru deyil, özü Füzuli, Cəbrayıl və digər rayonlarımızdan qoşunların çıxarlması tarixini verən kimi, biz müharibəni dayandıracağıq. Yəni bunu sülh yolu ilə edə biləriksə, müharibə dayanacaq. Biz münaqişənin başa çatması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın və səmimi olub"- deyə prezident bildirib.