-
- 26-02-2021, 12:26
- 521
"Rusiya vaksinləri hələ bizə gəlməyib" - DÖVLƏT BAŞÇISI
"Biz Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkəyik".
News24.az xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Ölkə başçısı bildirib ki, Azərbaycanda vaksinasiya Avropada vaksinasiyanın başlamasından bir ay sonra, yanvarın 18-də start götürüb: "Biz Çin istehsalı olan “CoronaVac”la vaksin olunuruq. Deməliyəm ki, biz həmçinin öncədən “CoVax” sisteminə də qoşulmuşuq. Bu sistemlə digər vaksinləri “AstraZeneca”, “Moderna”, “Pfizer” də əldə etməliyik. Həmçinin ilk günlərdən Rusiya tərəfi ilə “AstraZeneca” vaksinin Azərbaycana çatdırılması ilə bağlı müvafiq sənədlər imzalanıb. Rusiya şirkətləri bu vaksinin və “Sputnik V”nin təmsilçləridir. Amma bu vaksinlər hələ bizə gəlməyib. Bizdə olan məlumata görə, “Sputnik V” vaksini hələlik Rusiyanın daxili ehtiyacını ödəyir. Bu vaksinlər çox məhdud sayda xarici ölkələrə çatdırılıb".