Azərbaycan vaksinə görə Rusiya ilə müqavilə imzalayıb, amma... - Prezident AÇIQLADI
    • 26-02-2021, 12:02
    • 514

Azərbaycan vaksinə görə Rusiya ilə müqavilə imzalayıb, amma... - Prezident AÇIQLADI

"Biz Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkəyik".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda vaksinasiyaya Avropada vaksinasiyanın başlamasından bir ay sonra, on səkkiz yanvar tarixində başlayıb:"Biz Çin istehsalı olan “CoronaVac”la vaksin olunuruq. Deməliyəm ki, biz həmçinin öncədən “CoVax” sisteminə də qoşulmuşuq. Bu sistemlə digər vaksinləri “AstraZeneca”, “Moderna”, “Pfizer” də əldə etməliyik. Həmçinin ilk günlərdən Rusiya tərəfi ilə “AstraZeneca” vaksinin Azərbaycana çatdırılması ilə bağlı müvafiq sənədlər imzalanıb. Rusiya şirkətləri bu vaksinin və “Sputnik V”nin təmsilçləridir. Amma bu vaksinlər hələ bizə gəlməyib. Bizdə olan məlumata görə, “Sputnik V” vaksini hələlik Rusiyanın daxili ehtiyacını ödəyir. Bu vaksinlər çox məhdud sayda xarici ölkələrə çatdırılıb".