Kim Çenin qərarı rus diplomatlara baha başa gəldi
    • 26-02-2021, 18:03
    • 449

Kim Çenin qərarı rus diplomatlara baha başa gəldi

Cənubi Koreyadakı Rusiya səfirliyinin səkkiz əməkdaşı və ailələrinin ölkəni tərk etməsi 34 saata başa gəlib. 

News24.az xarici KİV-ə istinadən bildirir ki, yorucu səfər diplomatlardan birinin uşaqlarının və baqajının dəmir yolu arabasında daşınması ilə başa çatıb. Qeyd edək ki, Şimali Koreya sərhədləri Kim Çen İnin göstərişi ilə "COVİD-19" virusunun yayılmasının qarşısını almaq məqsədiylə aylardır bağlı saxlanılır. Bu üzdən də Pxenyana səfər edən diplomatlar oranı tərk edə bilmir. Rusiyanın Şərqindən - Vladivostokdan uçuşlar həyata keçirən Şimali Koreyanın dövlət aviaşirkəti olan “Air Koryo” aylardır bu uçuşları dayandırıb. Bu haqda Rusiya səfirliyinin “Facebook” səhifələrində də məlumat dərc olunub. Bildirilib ki, sözügedən ölkədən yeganə çıxış bu "labirint"dir. 

Ülvi İsmayıl